Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusun növbəti dalğaları ilə bağlı xəbərdarlıq: "mütləq baş verəcəyinə şübhəmiz yoxdur"

İran səhiyyə rəsmisi payıza doğru koronavirusun ikinci və üçüncü dalğasının gözlənildiyi barədə xəbərdarlıqla çıxış edib.

İSNA xəbər agentliyinə danışan yüksək rütbəli səhiyyə rəsmisi koronavirusun yeni dalğasının gözlənildiyinə şübhə olmadığını deyib.

"Bunun olacağına və mütləq baş verəcəyinə şübhəmiz yoxdur", - İran Səhiyyə Nazirinin müavini, Qida və Dərman idarəsinin rəhbəri Məhəmməd Rza Şanesaz deyib.

İran səhiyyə rəsmilərinə əsasən, bəzi əyalətlərdə, xüsusən də turizm bölgələrində son həftələrdə məhdudiyyətlərin qaldırılması koronavirusun ikinci dalğasına təkan verə bilər.

Bu arada koronavirusa qarşı vaksin üzərində işlərin aparıldığı bildirilir. Məhəmməd Rza Şanesaz bu istiqamətdə bir neçə şirkətin "addım-addım irəlilədiyini" deyərək, çətinlikləri də qeyd edib.

"Amma virusun təbiətinin tam bilinmədiyi üçün vaksin istehsalının müvafiq olaraq öz mürəkkəblikləri var".

İranda koronavirusa görə 6 mindən artıq insan həyatını itirib. Virusa yoluxanların sayı 95 mini keçib.

Mayin 1-ə olan rəsmi məlumata görə, 76 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »