Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin əmrinə tabe olmayanlar maşından düşüb qaçmağa cəhd ediblər

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda “Kia Rio” markalı avtomobilin sürücüsü polisin “saxla” əmrinə tabe olmayaraq hərəkəti davam etdirib.

Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər.

Lakin Biləsuvar RPŞ-nin əməkdaşları onları dərhal saxlanılaraq şöbəyə gətiriliblər.

Saxlanılarkən onların Bakı sakini Ə.Mustafazadə, Qax rayon sakini S.Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K.Gülhüseynzadə olduqları müəyyən edilib və rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunublar.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »