Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da silahlı nümayişçilər parlament binasına basqın etdi

ABŞ-ın Miçiqan ştatında karantin rejiminin tətbiqindən narazı qalan silahlı nümayişçilər parlament binasına basqın ediblər.

“Report” İHA-ya istinadən xəbər verir ki, aksiyalar aprelin 15-dən davam edir.

Məlumata görə, silahlı nümayişçilər parlament binasına karantin rejiminin uzadılmasına dair iclasın getdiyi sırada basqın ediblər. Bununla belə, polisin müdaxiləsi sonucunda onlar parlamentin iclas zalına daxil ola bilməyiblər.

İnsident nəticəsində zərər çəkən olmadığı bildirilir.

Aksiyada iştirak edənlərin sosial məsafə qorumaması, üstəlik, heç bir qoruyucu maskadan istifadə etməməsi diqqət çəkib.

ABŞ prezidenti Donald Tramp bu aksiya ilə əlaqədar tvit paylaşıb: “Miçiqan qubernatoru vəziyyəti düzəltməlidir. Bunlar yaxşı insanlardır, sadəcə, əsəbidirlər. Onlar köhnə həyatlarını geri istəyirlər. Onlarla görüşüb bir razılığa gəlin”.

Son xəbərlər
Bütün xəbərlər »