Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin qızının senator mandatı ləğv olundu

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün mayın 2-də Senatın spikeri (parlamentin yuxarı palatası) Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqda fərman imzalayıb.

Kasım-Jomart Tokayev

Virtualaz.org xəbər verir ki, fərmanda Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsinin səbəbləri göstərilmir.

Dariqa Qazaxıstanın keçmiş prezidenti və dövlət şurasının indiki sədri Nursultan Nazarbayevin böyük qızıdır və 2016-cı ildən Senatın deputatı idi. 2019-cu ildə o, Senatın sədri seçilib və prezident Tokayev onun yenidən Senatın deputat təyin edilməsi haqda sərəncam verib.

Bir çoxlarına görə Dariqa Nazarbayeva Senatın spikeri olaraq növbəti prezident olmağa hazırlaşırdı.

Qasım-Jomart Tokayev özünün Tvitter bloqunda Dariqa Nazarbayevaya senatnın spikeri kimi fəaliyyətinə görə təşəkkür edib. “D.N.Nazarbayevaya Qazaxıstan Respublikası parlamentinin senatının sədri vəzifəsində fəal və məhsuldar işinə görə minnətdarlıq ifadə edirəm”,-o yazıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »