Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İcazəsi olmayan postu meşə yolu ilə keçmək istəyib

Zaqataladan gələn Tərtər sakini icazəsi olmadığı üçün postu meşə yolu ilə keçərkən saxlanılıb.

Bizimyol.info xəbər verir ki,  DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mersedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun hər hansısa bir icazəsinin olmadığı müəyyən olunub.

Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »