Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada nazir və müavini koronavirusa yoluxdu

Rusiyanın İnşaat Nazirliyinin rəhbəri Vladimir Yakuşev və müavini Dmitri Volkov koronavirusa yoluxublar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İnşaat Nazirliyinin mətbuat xidməti bildirib.

"Şəhər xəstəxanalarından birində həkimlərin nəzarəti altında müalicə keçəcəm. Əlaqədə qalıram", - Yakuşevin mətbuat xidməti onun sözlərini çatdırıb.

Vladimir Yakuşevin müavini Nikita Stasişin inşaat nazirinin və Kommunal Yaşayış Xidmətlərinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Mətbuat xidmətində əlavə ediblər ki, Yakuşevdə və Volkovda diaqnozlar kompyuter tomoqrafiyası ilə təsdiqlənib.

İnşaat Nazirliyində həmçinin əlavə ediblər ki, martın sonundan nazirliyin əməkdaşlarının 80%-dən çoxu məsafəli iş rejiminə keçib.

Yakuşev 2018-ci ilin mayında İnşaat və Kommunal Yaşayış Xidmətləri naziri təyin olunub.

Son xəbərlər
Bütün xəbərlər »