Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Survivor” iştirakçıları namaz qılırmış - Video

Türkiyənin TV8 telekanalında yayımlanan, bizim ölkədə də xeyli izləyicisinin olduğu “Survivor” yarışmasının keçmiş iştirakçılarından biri maraqlı açıqlamalar verib. Semih Öztürkün sözlərinə görə, iştirakçılar yaşadıqları adada namaz qılır.

Bizimyol.info xəbər verir ki, keçmiş yarışmaçı “Survivor”un bəzi maraqlı tərəflərini açıqlayıb. Semih Dominikan Respublikasının adalarında yer alanların namaz qılıb, dua etdiyini bildirib: “Adada dava etməkdənsə ibadət daha məntiqlidir”.

Öztürk adada siqaret çəkməyin yasaq olduğunu söyləyib. Onsuz da yarışa qoşulanların çoxu idmançıdır, buna meyl edən də olmur.

Semih adaya hər şey gətirməyin mümkünsüzlüyünü bildirib. Onun dediyinə görə, çantaya yalnız yağış üçün plaş və idman geyimləri qoymaq olur.

Son xəbərlər
Bütün xəbərlər »