Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən ucuz bilet satan aviaşirkət 3 min nəfəri işdən çıxarır - Video

“Ryanair” Avropanın hava nəhənglərindən sayılır. İrlandiya aviaşirkəti ən ucuz bilet satanların sırasında bir çox hallarda birinci yerə layiq görülür.

Bizimyol.info xəbər verir ki, koronavirus “Ryanair”ə böyük zərbə vurub. Aviaşirkət 3 min əməkdaşını işdən çıxarır.

Şirkətin icraçı direktoru Maykl O'Leri çarəsiz vəziyyətdə olduqlarını gizlətməyib. O, 17.5 min əməkdaşın təxminən 20 faizinin işdən çıxarılmasının bu mərhələ üçün ən optimal yol olduğunu bildirib. Bundan başqa, işini qoruyan əməkdaşların məvacibi də 20 faiz azaldılır. O'Leri özü də yaxasını kənara çəkmir. İcraçı direktorun maaşı 50 faiz aşağı salınır.

“British Airways” də ixtisara getmək məcburiyyətində qalıb. Böyük Britaniya şirkəti 12 min nəfəri işdən çıxarmağı planlaşdırdığını gizlətmir.

Son xəbərlər
Bütün xəbərlər »