Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollar qonşu ölkədə rekord vurdu - Video

Türkiyə lirəsi ən ağır günlərini yaşayır. Qonşu ölkənin valyutası dollara münasibətdə 7 psixoloji həddini keçib.

Bizimyol.info xəbər verir ki, ABŞ pulu Türkiyədə rekord vurub. Bu gün dolların məzənnəsi 7.04 lirə həddinə çatıb. Avro 7.73, funt sterlinq isə 8.84 göstəricisini görüb. Bu dəqiqələrdə də məzənnə fərqli deyil.

Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Uysal lirənin dəyər itirməsinə təbii yanaşmağı məsləhət görüb: “Çox çətin dönəm yaşayırıq. Başqa mərkəzi banklarda olduğu kimi dalğalanmalar mümkündür”.

Qonşu ölkələrdən Rusiyada da milli valyuta çətin günlərini keçirir. Məzənnə tez-tez dəyişir. Aprelin əvvəllərində Rusiyada 1 dolların 82 rubla bərabər olduğu gün yaşandı. Sonradan 73-ə qədər eniş olsa da, rubl yenə güc itirməyə başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »