Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə özünütəcrid rejimini uzatdı

Hindistanda koronavirus səbəbindən özünütəcrid rejimi daha iki həftə uzadılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bundan əvvəl martın 25-dən tətbiq edilməyə başlanan izolyasiya tədbirləri mayın 3-dək uzadılmışdı. Ölkədə təhsil müəssisələri, ictimai nəqliyyatın fəaliyyəti, taksi, metro və dəmir yolu xidməti, ştatlararası sərhədlər bağlıdır.

Qeyd edək ki, Hindistanda 35 mindən çox insan koronavirusa yoluxub. 1154 nəfər isə dünyasını dəyişib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »