Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali Məhkəməyə qədər uzanan ev davası
Abuzər Qədimov: “Ədliyyə Nazirliyində işləyən gəlinimlə oğlum məni evsiz qoyublar”

Oğul Aqşin Qədimov: “Bu, ailə məsələsidir, məhkəmə qərar verəcək”

“Mən 08.10.2012-ci il tarixdə həyat yoldaşım rəhmətə getdikdən sonra mənimlə birgə yaşamaq şərtilə, oğlum ailə quranda ona aldığım və hal hazıradək orada yaşadığı Nəsimi r, Asif Məhərrəmov küç., ev 45, 43 saylı 2 otaqlı mənzilini qızıma vermək qarşılığında 2012-ci il dekabrın 12-də 43 saylı notariat kontorunda mülkiyyətimdə olan Yasamal r., Mətbuat pr., məh.501, ev 6 a, 34 saylı 4 otaqlı mənzilimi oğlum Qədimov Aqşınin adına bağışladım. Mənim məqsədim mirasımı övladlarım arasında ədalətli bölmək idi. Oğlum mənim gözdən II qrup əlil olmağımdan, etibarımdan istifadə edərək, kooperativin sədrinə guya mənim yaşlı olduğum üçün sənədləşmə işini ona tapşırdığımı və qızımı öz mənzilinə qeydiyyata saldığını bildirib və yaşayış yerindən saxta F2 arayış alıb”.

Bunu bizimyol.info portalına məktubunda Abuzər Qədimov yazıb. Məktubda daha sonra deyilir ki, notarial kontorda bağışlama müqaviləsi İqtisad Universitetində müəllim vəzifəsində çalışan oğlum Qədimov Aqşin və Ədliyyə Nazirliyində Ümumi şöbənin rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Əhmədova Ülviyyə Mahmud qızının iştirakı ilə bağlanarkən müqavilənin bəzi məqamlarından onun xəbəri olmayıb. Abuzər Qədimovun iddiasına görə, F2 saxta olub: “Beləliklə, özgənin mənzilini mənimsəyiblər. Bu azmış kimi guya qızımın həmin mənzildə yaşamadığı haqda akt tərtib edərək məhkəməyə təqdim edib. Nəsimi rayonunda (Asif Məhərrəmov küç., ev 45, m. 43) yerləşən mənzil adıma bağışlansa da, orada qeydiyyatda olan oğlumun həyat yoldaşı və 2 övladı bilərəkdən notarial qaydada razılıq ərizəsi vermədiklərindən bu mənzili qızıma bağışlaya bilmədim. Mənzilimi geri qaytarmağını tələb edərkən oğlum evimə gələrək: “Bu ev mənimdi, o biri də azyaşlı oğlumundu. Həyat yoldaşım da səninlə yaşaya bilməz, xasiyyətin ağırdı. Heç kimə ev vermək fikrim yoxdu. Məhkəməyə də versən, sən ölənəcən bu işi illərlə uzadacam” dedi. Bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsinə dair 14.10.2013-cü il tarixdə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. 2013-cü ilin aprelində ASAN 3 xidmətində Qədimov Aqşin həmin iş üzrə məhkəmə istintaqının getdiyi zaman sözügedən mənzilə pasport qeydiyyatına düşüb. Eyni zamanda məhkəməyə təsir göstərilib, gəlinim öz tələbə yoldaşı Zaman Afradovla müqavilə bağlayıb. Məhkəmə prosesi süni surətdə müxtəlif bəhanələrlə 2013-cü ildən 3 il müddətinə təxirə salınıb. Sonradan isə başqa vəkillə müqavilə bağlanıb və uzun sürən süründürməçiliklərdən sonra Yasamal (hakim Zəfər Quliyevin sədrliyi ilə 06.11.2015-ci il tarixli, 2(004)5047/2015 saylı qətnamə)və Apellyasiya (hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə 14.04.2016-cı il tarixli, 2(103)-2194/2016 saylı qətnamə) məhkəmələrində iddiam təmin edilib. Lakin Ali Məhkəmənin hakimi İlqar Xələfovun sədrliyi ilə (18.10.2016-cı il tarıxli, 2[102>-4445/2016 saylı) keçirilən iclas zamanı hakim aydın şəkildə qətnamənin qismən ləğv edilərək Apellyasiya Məhkəməsinə yenidən baxış üçün göndərilməsi haqda qərarı elan etməsinə baxmayaraq, çıxarılan qətnamə sonradan qanunsuz olaraq dəyişdirilib və elan olunduğu kimi deyil, tam ləğv edilərək geri göndərilməsi haqda qətnamə çıxarılıb. Ali Məhkəmənin saytında da eynilə qərarda dəyişiklik edilib. Bunu məhkəmə prosesində iclas zalında kamera çəkilişlərini araşdırmaqla sübut etmək mümkündür”.

Abuzər Qədimov daha sonra yazıb: “Ali Məhkəmədə işə baxılarkən qızımın həmin evdə qeydiyyatda olması, mübahisəli mənzilə dair aramızda bağışlama müqaviləsi bağlanarkən notariat kontoruna təqdim edilmiş Forma 2 arayışında qızımın adının qəsdən göstərilməməsi və 43 saylı dövlət notariat kontorunda Yasamal rayonu, Mətbuat pr., məh. 501, ev 6 a ünvanında yerləşən mənzilin bağışlanılmasına qızımın yazılı razılığının olmaması tam sübuta yetirilsə də, məhkəmə tərəfindən bu faktlara düzgün hüquqi qiymət verilməyib.

Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə bu ilin yanvarın 1-də keçirilən açıq məhkəmə iclasında Ali Məhkəmənin qərarı ləğv edilərək, Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Cavabdehin yenidən kassasiya şikayəti əsasında Ali Məhkəmədə 15.05.2017-ci il tarixdə hakim Qürbət Əsgərovun sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin qərarı qismən ləğv edilərək yenidən baxış üçün geri göndərilib. Ali Məhkəmənin qərarı maddi hüquq normaları pozulmaqla çıxarıldığından, yəni iş üzrə səhv nəticəyə gəlməsi səbəbindən işin faktiki halları və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Beləliklə, mənim və qızımın konstitusyon hüquqlarımız pozulmuş, faktiki olaraq qanunsuz qərar əsasında biz evsiz qalmışıq.Mirasımın övladlarım arasında bərabər bölünməsini istəsəm də, hazırkı vəziyyətdə arzuolunmaz hal olan məninm ölümümdən sonra vərəsələrim arasında pay bölgüsu bərabər olmayacaq, əksinə cavabdeh oğlum Qədimov Ağşin hər iki mənzili mənimsəyəcək. Bu da digər vərəsələrimə miras payının düşməməsi ilə nəticələnəcəkdir”.

Abuzər Qədimov bildirir ki, bu məsələ ilə bağlı Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə, Ali Məhkəməyə, Milli Məclisə, Ombudsmana və aidiyyatı üzrə bütün instansiyalara rəsmi müraciət etsə də, 4 ildir ki, bu məsələ “nə araşdırılır, nə də heç bir rəsmi cavab verilir”. Qədimov yazır ki, bu iş cavabdehin təsiri nəticəsində artıq üçüncü üçüncü dəfədir ki, Ali Məhkəmədə qanunsuz ləğv edilərək Apellyasiya Məhkəməsinə yenidən baxışa qaytarılır: “ Haqq-ədalətin bərpa olmasına inamım qalmayıb. Oğul sayəsində 80 yaşımı da məhkəmə zallarında başa vurdum. Bundan sonra da oğlumun vəkil vasitəsilə hər məhkəmə prosesini qəsdən təxirə salmaq üçün qaldırdıqları vəsatətlərə, yersiz ərizələrə görə illərlə məhkəmə proseslərində iştirak etməyə nə yaşım, nə də səhhətim imkan vermir. Ali Məhkəmənin ədalətsiz qərarından sonra Apellyasiya Məhkəməsində də işə düzgün baxılacağına, ədalətli qərar çıxarılacağına qəti ümidim yoxdu. Bu səbəbdən Sizə müraciət edərək, yaşlılığımı, xəstəliyimi, aldadıldığımı nəzərə alaraq, mənim işimə biganə yanaşmamanızı, bu işi nəzarətə götürməyinizi, süründürməşiliyə son qoyulmasında, obyektiv qərar verilməsində köməklik göstərməyinizi xahiş edirəm”.

“Bizim Yol”a açıqlamasında atasının məktubuna münasibət bildirmək istəməyən oğul Aqşin Qədimov deyib ki, bu, ailə məsələsidir və bu məsələ ilə bağlı mövqeyi məhkəmə qərarı bildirəcək

Ramid İbrahimov

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »