Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə tədris ilini vaxtından əvvəl başa vururlar

Karantin rejimi həm də məktəblərin fəaliyyətini dayandırmasına səbəb olub. Bütün ölkələrdə onlayn tədris mərhələsinə keçilib.

Bizimyol.info xəbər verir ki, Rusiyada daha tədris ilinin bərpası haqda düşünmürlər. Qonşu ölkənin maarif naziri Sergey Kravtsov bu barədə açıqlama verib. Onun sözlərinə görə, 1-8-ci siniflər dərsləri mayın ortasında başa vuracaq. Nazir koronavirusa yoluxma sayının günbəgün artması fonunda tədris ilinin bərpasının mümkün olmadığını bildirib. Qalan günlərdə təhsil onlayn formatda davam etdiriləcək.

Rusiyada tədris ilinə mayın 31-də yekun vurulur. Böyük siniflər onlayn təhsili gələn ayın sonuna qədər davam etdirəcək.

Azərbaycanda da tədris ilinin sonuna qədər təhsil müəssisələrinin fəaliyyətini bərpa edəcəyi gözlənilmir. Bu gün təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəblərdə sosial məsafənin qorunmasının mümkün görünmədiyini söyləyib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »