Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada narkotik artıb

Avropa ölkələri bir aydan çoxdur sərhədləri bağlayıb. Amma bu addım qitədə narkotik maddələrin həcminin azalmasına xidmət etməyib.

Bizimyol.info xəbər verir ki, gözlənilənlərin əksinə olaraq, karantin günlərində Avropada narkotik artıb. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin (United Nations Office on Drugs and Crime, UNODC) hesabatında məlumat verilir. UNODC-un baş əməkdaşı Bob Van Den Berge deyir ki, böyük ehtimalla, narkotiklər Avropaya karantin rejiminə qədər keçirilib. Amma istənilən halda həcm ənənəvi normanı keçib.

Avropaya narkotik əsasən Latın Amerikası ölkələrindən gətirilir. Bu maddələri daha çox meyvə-tərəvəz yeşiklərində gizlədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunu “ağıllı addım” adlandırılıb. Çünki Avropa İttifaqı Latın Amerikasından məhsul gətirilməsinə heç bir qadağa qoymayıb.

Bir çox mütəxəssislər isə düşünür ki, narkotik qitəyə elə karantin günlərində gətirilir. UNODC-un hesabatına görə ilin ilk üç ayı ərzində 17,5 milyoin ton kokain müsadirə olunub. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Aprelin 24-də Belçikanın “The Brussels Times” nəşri yazmışdı ki, Avropaya kokainin yarısı Antverpen limanından ötürülür. İl ərzində orada 77 ton narkotik ələ keçirilir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »