Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İcra başçıları himayəçilərinə arxayındır” - Deputatdan açıqlama

Bu ilin fevral ayında Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində hansı rayonlardan şikayətlərin çox olduğunu açıqlamışdı.

Məqalədə qeyd edilib ki, 2018-ci illə müqayisədə 2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir və Zərdabda artıb.

Artıq bu rayonlardan Yevlax, Ağstafa, Neftçala və Biləsuvar rayonlarının icra hakimiyyətinin rəhbərlikləri ilə bağlı əməliyyat həyata keçirilərək, araşdırılmalara başlanılıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info-ya bildirib ki, dövlət rəhbərliyi tərəfindən vətəndaşların müraciəti və keçirilən sorğular nəzərə alınaraq, müvafiq addımlar atılır:

Fazil Mustafa Fazil Mustafa

“Bu, korrupsiya və neqativ hallarla bağlı aparılan mübarizədir. Hesab edirəm ki bu mübarizənin effekti var. Çünki icra başçılarının öz fəaliyyətlərinə çəki-düzən verməsi baxımından ibrətamiz addımdır. Dövlət başçısı müraciətlərə və sorğulara diqqət yetirir”.

Deputat qeyd edib ki, Ağstafa və Yevlaxın keçmiş icra başçıları ilə bağlı görülən tədbirlər görünür bəzi icra başçılarına dərs olmayıb: “Dərs olsaydı, həbsxanalar boş qalardı, heç kim cinayət hadisəsi törətməzdi. İnsanlar baxırlar ki 10-15 il iş alıb, getdilər… Bəzi insanlar başqasından ibrət götürməyə maraqlı olmur. Məsələn, koronavirusla bağlı İtaliyada və İspaniayda baş verənlərdən ibrət götürməyənlər də var. İbrət götürməmək cəmiyyətin ümumi problemidir.

Həbs olunmaqdan hamı qorxur. Amma hərənin bir himayəçisi var. Yəqin düşünür ki son anda xilas edəcək. Amma elə bir məqam gəlir ki heç kimin gücü çatmır”.

Ramid İbrahimov

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »