Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi nefti xilas etməyə çalışır

Neft yaxşı günlərini yaşamır. “Brent” apreldə heç bir halda 30 dollar həddini aşa bilməyib. Azərbaycan nefti lap ucuzlaşıb.

Bizimyol.info xəbər verir ki, Norveç nefti xilas etmək haqda düşünür. Avropa ölkəsi qiymətin artması üçün yaydan hasilatı azaltmağı planlaşdırır.

Krallıq Avropanın böyük neft təchizatçısı sayılır. Şimal dənizində “Yohan Sverdrup” yatağından çıxarılan xammal qitə üçün ciddi əhəmiyyət daşıyır. Norveç sutkada 1,86 milyon barel neft hasil edir. Avropa ölkəsi ümumilikdə hasilatı 250 min barel azaltmaq fikrindədir. Bunun 134 min bareli ilin ikinci yarısına düşəcək.

Tronheym, Norveç Tronheym, Norveç | © vegarf / Alamy Stock Photo

Krallıq başqa addımlar da atmağı düşünür. Məsələn, ilk hasilatın həyata keçiriləcəyi bəzi yataqlar açılış üçün gələn ili gözləyəcək.

Aprelin 12-də OPEK+ üzvlərinin razılaşmasına görə, sutkalıq hasilat 9,7 milyon barel azaldılır. Hətta bu addım da neftin qiymətini xilas edə bilmir. Aprelin 20-də WTI -40 dollara satılırdı. “Brent” isə son 21 ilin ən aşağı qiymətini görmüşdü.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »