Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarder karantin rejimini “faşizm” adlandırıb

“Tesla”nın sahibi İlon Mask insanları evə qapatmağın zərərindən danışıb. O, karantin rejimini “faşizm” adlandırıb.

Bizimyol.info xəbər verir ki, məşhur iş adamı ABŞ-dakı karantin rejimini nəzərdə tutaraq belə tədbirlərin konstitusiyaya zidd olduğunu söyləyib. Mask “Amerikanı azad edin” ifadəsini işlədib.

Dünyanın ən zəngin insanlarının siyahısında 22-ci yeri tutan amerikalı fabriklərini gec bağlamaqla tənqid hədəfinə tuş gəlmişdi. Mask koronavirusa ciddi yanaşmadığını hər addımda büruzə verir. Sərvəti 40 milyard dollara yaxınlaşan iş adamı insanların azadlığının əlindən alındığını, ABŞ-ın təməl prinsiplərinin pozulduğunu düşünür.

Mask bildirib ki, karantin rejimi həyat xilas etmir, əksinə, insanları daha çıxılmaz vəziyyətdə qoyur. Onun fikrincə, həyat vaxt itirilmədən bərpa olunmalıdır, ölkə iqtisadiyyatı özünə gəlməlidir.

“Facebook”un sahibi Mark Zukerberq isə Maskın fikrini bölüşmədiyini bildirib. Sosial şəbəkələrdən milyardlar qazanan iş adamı düşünür ki, karantin rejiminin yumşaldılması təhlükəlidir. Zukerberq itkilərin sürətlə artmaq ehtimalından çəkinir.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »