Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ADNA terrorundan sonra müəssisələrin mühafizə problemi

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Bu hadisə yenidən gündəmə müəssisələrin mühafizəsi məsələsini gətirir. Bu haqda Bizimyol.info-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, 2009-cu ildə Neft Akademiyasında baş verən dəhşətli terror aktı da onu göstərdi ki universitetlərdə, məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirmək gərəkdir.

Elmar Nurəliyev Elmar Nurəliyev - Təhlükəsizlik məsələləri üzrə ekspert

“Heç kim terror hadisəsindən sığortalanmayıb. Heç bir yer bu kimi hadisələrdən sığortalanmayıb. Qabağına məqsəd qoyan terrorçunun, hansını terror təşkilatının qarşısını qapida dayanan mühafizəçi ala bilməz. Mühafizəçi giriş-çıxışa nəzarət edir, kənar şəxslərin buraxılmamasını təmin edir. Sadəcə təcrübəli mühafizəçilər özünü şübhəli aparan şəxsi yaxud əşyanı diqqətindən buraxmır ki, bu da belə planlaşdırılmış terrorun qabağını öncədən almağa kömək edər. Ona görə belə yerlərə əsasən təcrübəli mühafizəçilər işə götürülməlidir. Ancaq bu o demək deyil ki, elimizi qolumuzu sallayıb deyək ki, hadisə olsa onsuz qabağını ala bilməyəcəyik. Bunun üçün kompleks təhlükəsizlik tədbirlər planı görmək lazımdır. Binanın fiziki olaraq qorunmasını təşkil etmək lazımdır”,-deyə ekspert bildirib.

Elmar Nurəliyev qeyd edib ki, bəzi universitetlərin binalarının tikilişi vaxtı təhlükəsizlik tədbirləri nəzərə alınmayıb: “Elə universitetlər var ki yoldan birbaşa içəri girirsən. Xüsusi təyinatlı ali təhsil müəssələrinin təhlükəsizliyi digərlərindən fərqli olaraq daha ciddi təşkil olunub. Hesab edirəm ki digər təhsil müəssələri də onların təcrübəsindən yararlana bilərlər”.

Ramid İbrahimov

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »