Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində uyğurlara təzyiq davam edir: Uşaqları valideynlərindən ayırırlar - Video

Çindən uyğurlarla bağlı yenə yaxşı xəbərlər gəlmir. Türk xalqına təzyiqlər davam edir.

Bizimyol.info xəbər verir ki, koronavirusla mübarizədə ciddi uğur əldə edən Çin özünə gələn kimi uyğur məsələsini yenidən gündəmə gətirib. Bu xalqa qarşı təzyiq davam etdirilir. Sosial şəbəkələrdə paylaşılan videolar narahatlıq doğurur. Görüntülərdə uyğur uşaqların valideynlərdən alınaraq internatlara yerləşdirildiyi bildirilir.

Keçən ilin ikinci yarısında Çində uyğurlara təzyiq dünya mətbuatında geniş yer almışdı. Reportajlarda 1 milyona qədər uyğurun xüsusi düşərgələrdə saxlanıldığı, işgəncələrə məruz qaldığı bildirilirdi. Çin hökuməti bütün deyilənləri təkzib edirdi.

Rəsmi rəqəmlərə görə, dünyadakı uyğurların sayı 12 milyonu keçib. Uyğurların böyük əksərinin (11,3 milyon) Çində yaşadığı qeyd olunub. Bu Asiya dövlətindən sonra xalqın ən çox məskunlaşdığı yer Qazaxıstandır. Postsovet ölkəsində 223 mindən çox uyğur yaşayır. Çində düşərgələrdə saxlanılanların arasında da Qazaxıstan vətəndaşlarının olduğu iddia edilir.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »