Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimenti ödəyə bilməyən 38 nəfər barəsində cinayət işi başlanıldı

"Karantin dövründə “evdən çıxa bilmərəm” deyən borclular da oldu. Alimenti ödəməyən 38 nəfər barədə cinayət işi başlanılıb".

Bu barədə Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

Onun sözlərinə görə, karantin rejimi dövründə vətəndaşlarla qəbul və bir sıra tədbirlər videokonfrans formatında aparılsa da, uşaqla ünsiyyətin təşkil edilməsində müəyyən problemlər yaranıb:

“Buna görə də biz valideynlərin uşaqla ünsiyyətini virtual qaydada təşkil etdik. Müvafiq cihazı olmayan, yaxud olub istifadə edə bilməyənlərə icra məmurları tərəfindən köməklik edildi”.

Nazirlik rəsmisi deyib ki, karantindən sui-istifadə edərək borcu ödəməkdən imtina edənlər də olub: “Borca görə icraçılar tərəfindən axtarışa verilən və polis tərəfindən saxlanılanlar arasında inzibati həbs cəzası alanda oldu”. (Report.az)

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »