Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanadan qaçan pasiyent bütün ailəsini koronavirusa yoluxdurdu

Xəstəxanadan qaçan pasiyent tutulub stasionar şöbəyə qaytarılana qədər bütün ailəsini koronavirusa yoluxdurub.

RT-nin məlumatına görə, hadisə Rusiyanın Blaqoveşensk şəhərində qeydə alınıb.

Tibb işçiləri onun ailəsini koronavirus testindən keçirib. Məlum olub ki, ailədə bir aylıq körpə uşaq da daxil olmaqla, beş nəfər COVID-19-a yoluxub.

Ailənin yaşadığı mənzil və binanın girişi dezinfeksiya olunub. Karantin qaydalarının qorunmasına polis nəzarət edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pasiyent xəstəxananın birinci mərtəbəsindəki pəncərədən qaçıb. Ona qarşı cinayət işi qaldırılıb. Qayda pozucusunu 700 min rubla (16 000 AZN) qədər cərimə, yaxud iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.(oxu.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »