Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: İnsanlar karantində kökəlməkdən qorxsalar da, arıqlamaq da sitəmirlər

Rusiyalı dietoloqlar xəbərdarlıq ediblər. Özünütəcrid zamanı kalorili yeməklər piylənməyə, bu da öz növbəsində karonavirusa daha çox yoluxmaya səbəb ola bilər. Bu bəyanatı RF Səhiyyə Nazirliyinin baş dietoloqu Viktor Tutelov verib.

“Karantin dövründə darıxan, stress keçirən insanlar kalorili və dadlı yeməklərə üz tutmaqla piylənmədən əziyyət çəkə bilərlər.Pandemiya dövründə piylənmə qorxuludur. Biz bu dövrdə sakitləşdirici bitki əsaslı bioloji aktiv əlavə ( BAƏ) istifadəsinə üstünlük veririk.Onlar tamamilə təhlükəsizdir və stress yükünü azaldır. Yüksək kalorili yeməklərdən uzaq durun”,- deyən dietoloq vitamin mineral kompleksi qəbul etməyi tövsiyə edib. Beləliklə həm fiziki formanı qorumaq , həm də virusa qarşı bədən müqavimətini artırmaq mümkündür.

Həkim həmçinin kolbasa və qənnadı məmulatlarından uzaq durmağı, rasionda çoxlu meyvə, tərəvəzə üstünlük verməyi tövsiyə edib.

O həmçinin uşaqların dəcəlliyinin qarşısını almaq üçün onlara konfet verilməsinin zərərli olduğunu söyləyib. “Şimali Avropada- İsveç, Norveç kimi ölkələrdə uşağa həftədə bir dəfə konfet verilir. Dediyim tövsiyələrə əməl etmək məcburdur, çünki özünü təcrid zamanı enerji sərfiyyatı azaldığı üçün yediyimiz qidanın kolorisi sərf etdiyimiz enerjiyə uyğun gəlməlidir.

Qeyd edək ki, ekspertlər son aylarda demək olar ki, bütün dünyada arıqlamaq üçün tablet və BAƏ satışlarının azaldığını qeyd edilir. Həkimlər bunu beynin funksiyası ilə əlaqələndirirlər. Belə ki, BAƏ iştahı azaldan preparatdır.

“Azadlığın məhdudlaşdırılmasını orqanizm çətin qəbul etdiyi halda qida qəbulu da məhdudlaşdırılarsa, bu güclü stresə səbəb ola bilər. Bu səbəbdən insanların bir çoxu aparılan sorğular zamanı bu müddətdə kökəlməkdən qorxduqlarını dilə gətirsələr də, arıqlamaq üçün cəhd etmədiklərini və bunu istəmədiklərini bildiriblər”,- deyə baş dietoloq vurğulayıb.

İlhamə

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »