Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4-cü kurs tələbəsi yol qəzasında ölüb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb.

Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub. Məlumatına görə, o, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Son xəbərlər
Bütün xəbərlər »