Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evi və işi olmasından xəbərsiz minlərlə insan üzə çıxıb: Nazirlik işin öhdəsindən gələ bilmir

Dövlətin 190 manat müavinəti ilə bağlı müraciətlər bitsə də şikayətlər bitmək bilmir.

Hər gün Bizimyol.info redaksiyasına onlarla müraciət daxil olur, baş vermiş yanlışlıqlardan şikayət edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Şikayətçilərdən bir neçəsi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara göndərilən imtina mesajlarında özlərinin, yaxud ailə üzvlərinin adına bir və ya bir neçə avtomobil olması bildirilir. Buna görə də onlar üçün 190 manat məbləğində birdəfəlik yardım təyin olunmur. Amma məsələ heç də avtomobil olmasına görə yardımın təyin edilməməsi deyil. Maraqlıdır ki, müraciət edən şəxslərin özlərinin və ailə üzvlərinin ya ümumiyyətlə avtomobili yoxdur, ya da qarışıqlıq var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı bildirib ki, mesajda əsas problem "və ya" sözü ilə bağlı olub ki, bu da aradan qaldırılıb.

Zaur Qənbərov adlı sosial şəbəkə istifadəçisi yazıb: “Qazaxdan Eminov Vəzir Məhəmməd oğlu zəng edib deyir ki, 190 manat almaq üçün müraciət etmişəm. Mesaj gəlib ki, sizin həyat yoldaşınızın adına əmək müqaviləsi olduğuna görə, sizə 190 manat düşmür. Vətəndaş bildirir ki, həyat yoldaşı 2008-ci ildə vəfat edib”.

Sosial şəbəkələrdə izləyicilərin şikayətlərinə nəzər salsaq acınacaqlı vəziyyət göz önünə sərilir, eyni zamanda bəzi məmurların gizli gəlir mənbəyi olan saxta işçilər, adı işdə olub özünün bundan xəbəri olmayan insanlar üzə çıxır.

Nizami Quliyev bildirib ki gələn cavabdan heç nə anlamaq olmur: Yaxın bir ailədir, müraciətin də özüm etmişəm. Bu gün cavabla bağlı aidiyyəti qurumlara müraciət etmişəm, Nazirlik əməkdaşına deyirəm ki fin kodu yazırsan yoldasinin ad soyadı gəlir, burda nə təhrif oluna bilər ki . Standart qeyri müəyyən cavab. Təhsilsiz birinə gondərilsə, yazıq deyəcək ki, mənə düşmədi.

Könül Məmmədova: Qardaşım işsizdir , adına deaktiv VÖEN var. Özünə vermədilər, arvadına da mesaj gəldi ki , ərin aktiv vergi ödəyicisidir.

Mehman Muradlı: Mənim qaynıma çox əndrabadi bir mesaj gəlib.

1. Adam subaydır, amma yazıblar ki, arvadının əmək müqaviləsi var.

2. Tamam başqa bir adamın adı yazılıb.

İndicə məşğulluğun rəisinin kim olmasına baxdım və mənə hər şey məlum oldu. Bu cür rəislə 190 manat alanlar getsinlər qurban kəssinlər.

Gulnar Alıyeva : Bizdə də bir yaxın adama sms gəlib ki, həyat yoldaşınız kənd təsərrüfatı üzrə subsidiya alıb. Adamın adında neçə ildir torpaq yoxdur, subsidiya zad almayıb. 190 manatı verməmək üçün ən axırıncı yoldan istifadə edirlər. Yəqin 600 min limiti bitib, ona görə kimə nə gəldi yazıb göndərirlər.

Leyla Abdullayeva: Mənim iki qohumum heç yerdə işləmədiklərinə baxmayaraq verilmədi və birinə sosial müavinət, digərinə isə təqaüd alırsan kimi sms gəld

Təranə Xudabaxşiyeva: Atam işsizdir. Anam isə 130 manat müavinət alır. 130 manata görə atama 190 manat düşmədi. Budur ədalətli iş? 130 manat minimum əmək haqqı eləmir .

Zümrüd Elnur: Vətəndaşı qeydiyyatdan keçirdiyim zamanı adında aktiv müqavilə olduğunu bildirdim, o müqailənin hansı restorana məxsus olduğunu bilmir. şəkildə göründüyü kimi adında aktiv müqavilə var amma özü bilmirki bu haradi, necə olubki adi orada işdə gedir? bunu necə müəyyən edə bilər? E gov azda qeydiyyatdan keçə bilmədim. onun adina çünki orda qeydiyyatdan keçmək üçün ən azindan adinda göstərilən meyarlardan 3 ü olmali idi, onunsa təkcə nömrəsi öz adinadı. sözsüzki adinda aktiv müqavilə olduğuna görə 190 manat mesaji ona gəlməyəcək. 5 ildir adi işdə gedir amma özü bilmirki harda işləyir. 142 qaynar xəttə düşmək mümkün deyil.

SMS alan şəxslərin çoxu subay olduğu halda onların həyat yoldaşı olması qeydi də xeyli təəcüb yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bu məsləyə belə aydınlıq gətirib : Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər. Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur.

P.S. Daha öncə göndərilən SMS mətnlərində subay şəxslərə münasibətdə uyğunsuzluq olduğu üçün bu tip SMSlərdə dəqiqləşdirmələr aparılmışdır. Qeyd olunan köhnə mətndəki məzmun isə müraciət edən subaydısa özünə, evlidirsə özünə və ya həyat yoldaşına aid edilməlidir.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »