Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəfat etmiş həyat yoldaşının adına əmək müqaviləsinin olması iddiasına rəsmi açıqlama

“Qazax rayon sakini Eminov Vəzir Məhəmməd oğluna guya vəfat etmiş həyat yoldaşının adına əmək müqaviləsi olduğuna görə ona birdəfəlik ödəmə verilməsindən imtina edilməsi ilə bağlı dərc olunmuş məlumat dəqiqləşdirmə aparılmadan yayılıb və əsassızdır”.

Bizimyol.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Fazil Talıbov Fazil Talıbov

“Məsələ araşdırıldı və müəyyən olundu ki, həyat yoldaşı 2008-ci ildə vəfat etsə də, 2015-ci ildə onun aldığı şəxsiyyət vəsiqəsində ailə vəziyyəti evli olaraq göstərilib.

Birdəfəlik ödəmə üçün müraciət edən vətəndaş həyat yoldaşının FİN nömrəsi yerinə isə oğlunun müvafiq məlumatını qeyd edib. Avtomatik emal prosesində həmin vətəndaşın "SHİELD ALUMİNUM” MMC-də işlədiyi müəyyən olunub və ona bu səbəb gətirilməklə imtina SMS-i göndərilib.

Ödəmə üçün müraciət edən şəxslər sırasında özləri barədə məlumatları dürüst qeyd etməyənlərin sayı minlərlədir.

Bir daha media nümayəndələrinə belə hallarla bağlı məlumatları yayarkən obyektiv araşdırma və aidiyyəti qurumlarla dəqiqləşdirmə aparmağı tövsiyə edirəm”.

Ramid İbrahimov

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »