Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin baş naziri və daha üç nazir koronavirusa yoluxub

Afrika ölkəsi Qvineya-Bisauda Nazirlər Kabinetinin rəhbəri və digər üç üzvü koronavirusa yoluxub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunlar baş nazir Nuno Qomes Nabiam, daxili işlər naziri Botçe Kande, ictimai asayiş məsələləri üzrə dövlət katibi Mario Fambe və regional inteqrasiya məsələləri üzrə dövlət katibi Monika Buayrodur.

Qeyd edək ki, Qvineya-Bisauda aktiv koronavirus xəstələrinin sayı 185 nəfərdir. Ölkədə ilk ölüm faktı aprelin 26-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 230 000-i ötüb. Bunların 1 007 136 nəfəri sağalıb, 228 394 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »