Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq arvadını öldürən şəxslə bağlı açıqlama yayıb

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Bizimyol.info-ya açıqlamasında bildirib.

İlkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »