Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubad İbadoğlu koronavirusun ölkəmizdə üzə çıxardığı 10 problemi açıqladı

Məşhur iqtisadçı alim Qubad İbadoğlu koronavirusun Azərbaycanda aşkara çıxardığı 10 problem barədə yazıb.

Bizimyol.info xəbər verir ki, alim ölkədə idarəetmədə və iqtisadiyyatda müşahidə olunan əsas nöqsanların siyahısını qeyd edib.

Qubad İbadoğlu Qubad İbadoğlu

“Koronavirus pandemiyası Azərbaycanda mövcud idarəçilikdə bir sıra problemləri aşkar çıxartdı. İstədim ki, onları təqdim edim və sizin də müşahidələrinizi nəzərə alaraq daha da təkmilləşdirim.”,- deyə o bildirib.

1) Ölkənin statistik məlumat bazası mövcud gerçəkliklə uzlaşmır. Ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib. Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur, əhalinin isə dəqiq sayını hələ də bilən yoxdur.

2) Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib.

3) Kölgə iqtisadiyyatının miqyasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.

4) Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib.

5) İnternet xidməti sürəti az, keyfiyyəti aşağıdır.

6) Bəzi dövlət orqanlarının Çağrı Mərkəzi müraciətləri cavablandırmaq gücündə deyil. Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu.

7) Bəzi dövlət orqanlarının on-line xidmətləri müraciətlərə adekvat qurulmadığından tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi.

8) Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqları, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir, başqalarının adına yazılaraq mənimsənilir. Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir.

9) Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlılıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var.

10) Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin, əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın”,- deyə alim bəyan edib.

İlhamə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »