Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyəzəndə üç nəfər narkotiklə yaxalanıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən üç rayon sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Namiq Məhərrəmov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış üçün hazırlanmış beş bükümdə narkotik maddə olan metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub.

Şöbə əməkdaşları tərəfindən eyni gündə keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərilərinə baxış keçirilən zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »