Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa normal həyata qayıdır: Təhlükə sovuşdumu...

Almaniyada mayın 4-dən etibarən məktəblər və bərbərxanalar yenidən fəaliyyətə başlayacaq. İctimai nəqliyyat və iş yerlərində məcbur maska taxıldığı Almaniyada məktəblər mərhələli şəkildə açılacaq. Bəzi əyalətlərdə 20 nəfərin bir araya gəlməsinə icazə verilir, digərlərində isə şou və toplantıların tamamilə qadağan olunduğu bildirilir.

Mayın 4-də ibadət yerləri - məscid, kilsə və sineqoqların açılması da planlaşdırılır. Eyni zamanda bir neçə Avropa ölkəsi də tədricən karantindən çıxmağa hazırlaşdığını bildirib. Karantindən çıxış mərhələsində dövlətlər bir- birlərinin təcrübəsinə əsaslanacaqlar. Bəs təhlükə tam sovuşdumu? ÜST həyəcan təbili çalır - XEYR, təhlükə sovuşmayıb.

Vətəndaşların karantin rejiminin yumşaldılmasını təhlükənin tam sıradan çıxması kimi başa düşməsi mənfi nəticələrə gətirib çıxara bilər və bu dəfə yoluxma daha kütləvi hal ala bilər. Bunun üçün karantin rejimində tətbiq olunan qaydalara əməl etmək olduqca vacibdir.

ÜST bütün dünya ölkələrinə sərhədlərin eyni vaxtda açılmamasını, məhdudlaşdırıcı tədbirlərin hamısının birdən ləğv edilməməsini tövsiyə edir. Çünki tarix və mövcud vəziyyət ikinci dalğanın olacağı ehtimalını gücləndirir.

Koronavirusun yayılmağa başladığı Çində də ikinci dalğanın yaşandığına dair məlumatlar var. Belə ki, yoluxma hallarının qarşısını alandan sonra Çində karantin rejimi ləğv olundu, amma mart ayında yeni yoluxma faktları qeydə alındı. pandemiyalarda ikinci dalğa daha ağır, itki daha çox olur.

Ötən əsrdə milyonlarla insanın ölümünə səbəb olan "İspan qripi" zamanı ən çox tələfat ikinci dalğada qeydə alınmışdı. ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi hesab edir ki, 2020-ci ilin payızı ərəfəsində yeni növ koronavirusun növbəti dalğası olacaq.

Virus necə qayıda bilər? Mütəxəssislər bunun iki yolunun olduğunu qeyd edirlər. Birincisi, növbəti payız ayında havalar soyuyarkən epidemiyanın yenidən yayılacağı, ikincisi, mutasiya olunmuş şəkildə peyda olacağı hesab olunur.

Azərbaycanda gündəlik 150 milyon manata qədər iqtisadi zərərə baxmayaraq, dövlət karantin rejiminin bütün qaydalarını tətbiq etdi, hətta evində qalan vətəndaşların hər birinə bu və ya digər formada dəstək göstərildi. Bu dəstək davam etməkdədir. Vətəndaşlardan isə özlərinin və yaxınlarının təhlükəsizliyi naminə diqqətli olmaq gigiyenik qaydalara riayət etməyin vacibliyi dönə-dönə xahiş olunur.

Təəssüf ki, koronavirus bir dəfə tutulub sağalmaqla silinib gedən xəstəlik deyil, onun insan həyatında, orqanizmində mənfi izləri davam edir. Belə ki, bu virus ağciyərlərdə çapıqlar yaratdığına görə, sağalan xəstələrin ağciyərləri 100 faizlik funksiyasının yalnız 40 faizini həyata keçirə bilir.Həmin şəxs əvvəlki kimi rahat qaça, idman edə bilmir. Üstəlik, beyin, böyrək və ürək kimi vacib orqanları zədələməsi, hətta qanqeren yaratması kimi fəsadları da mövcuddur. Buna görə, gözəgörünməz düşmənlə savaş sona qədər davam etməli, tədbirlər əldən buraxılmamalıdır.

İlhamə

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »