Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haftarın ordusu Liviyada hərbi əməliyyatları dayandırdı

Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu ölkə ərazisində döyüş əməliyyatlarını dayandırdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə "Al-Xadas" telekanalının efirində Liviya Milli Ordusunun nümayəndəsi Ahmed el-Mismari bəyanatla çıxış edib.

O, qeyd edib ki, Ramazan ayı boyunca bütün hərbi əməliyyatlar dayandırılır və atəşkəs elan olunur. Bəyanatdan bir neçə saat əvvəl Haftara məxsus hərbi qüvvələrin raket atəşi nəticəsində Tripolidə 7 nəfər həlak olub.

Daha əvvəl feldmarşal Xəlifə Haftar ölkə vətəndaşlarının qərarına uyğun olaraq Liviyada hakimiyyətin orduya keçdiyini elan edib.

Liviyada bir müddətdir müxtəlif liderlərin tərəfdarları arasında silahlı toqquşmalar baş verir.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› Livandan İsrailə raketlər atılıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »