Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərbərlər həkimlərin saçını pulsuz düzəldəcək

Türkiyədə bərbərlər həkimlərin koronavirusla mübarizədə şücaətini qiymətləndirmək qərarına gəlib.

Bərbərlər Dərnəyinin bəyanatına görə, karantin rejimindən sonra bir ay ərzində həkimlər saçını pulsuz düzəltdirə biləcək.

Bizimyol.info xəbər verir ki, dərnəyin rəhbəri Mahmut Ebil belə qərarı məmnuniyyətlə qəbul etdiklərini bildirib. Onun sözlərinə görə, həkimlərə böyük minnətdarlıq borcları var.

Türkiyədə bərbərxanalar, o cümlədən gözəllik salonları martın 21-dən işləmir. Bu obyektlərin ən yaxşı halda mayın ikinci yarısında fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Türkiyə koronavirusa yoluxma statistikasına görə risk zonasında yerləşən ölkələrdəndir. Qardaş ölkədə indiyə qədər 117 mindən çox virus daşıyıcısı qeydə alınıb. 3 mindən çox türkiyəli həyatını itirib. Yaxşı xəbər odur ki, azı 44 min nəfər sağalaraq evinə qayıdıb.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »