Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Mərkəzi Bankı ötən il 70 milyon manata yaxın mənfəət əldə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ili 69,2 milyon manat mənfəətlə başa vurub. Halbuki qurum 2018-ci ildən 60,3 milyon manat zərərlə çıxmışdı.

Ötən il AMB-nin faiz gəlirləri 231,7 milyon manat (əvvəlki ilə nisbətən 15,1% çox), faiz xərcləri 234,3 milyon manat (22,2% az), haqq və komissiya gəlirləri 17 milyon manat (3,6% çox), haqq və komissiya xərcləri 4,3 milyon manat (9,6% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 12,4 milyon manat (əvvəlki il zərər olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 65,4 milyon manat (38% çox), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 5,1 milyon manat (78,1% az), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 20,9 milyon manat (83,4% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 2,8 milyon manat (94,6% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 39 min manat (74,5% az), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 748 min manat (28,7% az), sair əməliyyat gəliri 30,5 milyon manat (3,5 dəfə çox), sair xərcləri 48,3 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə üzrə gəliri 29,6 milyon manat (50,9% az), inzibati və sair əməliyyat xərcləri isə 54,4 milyon manat (17,7% az) təşkil edib. (Report.az)

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »