Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusu saymayan ölkədə nələr baş verir...

Dünya ölkələrinin böyük əksəriyyətində koronavirusa görə karantin rejimi elan olunub.

İnfeksiya aşkar olunmasına baxmayaraq, bu tədbirlər planından imtina edən dövlətlər də var. Belarus kimi Nikaraqua da karantin rejimini yaxına buraxmır.

Bizimyol.info xəbər verir ki, Şimali Amerika dövlətinin prezidenti Daniel Orteqa və onun vitse-prezident həyat yoldaşı Rosario Murilyo koronavirus statistikasını saxtalaşdırmaqda ittiham olunur.

Daniel Orteqa, Rosario Murilyo Daniel Orteqa, Rosario Murilyo

“Liberation” yazır ki, əslində, ölkədə rəsmi rəqəmlərdə göstəriləndən xeyli çox virus daşıyıcısı var.

“Nikaraqualılar üçün COVİD-19 martın 26-da 47 yaşlı modelyer Ossielya Erreranın ölümünə səbəb olaraq ilk qurbanını seçəndə qırmızı xətti keçdi. O, martın 12-də Kolumbiyadan ezamiyyətdən gələndə özünü pis hiss etdiyini demişdi. Xəstəxanaya aparılanda onda koronavirus aşkarlanmışdı”, - “Liberation”un məqaləsində belə deyilir.

Qəzet Nikaraqua səhiyyə sisteminin bərbad gündə olmasından yazır. Yazıda Rosario Murilyonun “COVİD-19 günlərində eşq” aksiyasına diqqət çəkir. Bunun üçün bütün ölkə boru kütləvi tədbirlər, antivuris marşı keçirilmişdi. Halbuki dünyanın əksər ölkələrində karantin rejimi elan olunurdu. “Liberation” aksiyanın həm də virus daşıyıcılarının sayının artmasına xidmət etdiyini iddia edir.

Nikaraqua futbol üzrə milli çempionatı davam etdirən beş ölkədən biridir. Türkmənistanda, Tacikistanda, Belarusda və Burundidə də oyunları saxlamırlar.

Vitse-prezident hamını antivirus marşına səsləsə də, özü kütlə içində gözə dəyməmişdi. Elə prezident də ortada görünməmişdi. Buna görə hətta söz-söhbət yayılmışdı ki, ölkə başçısının sağlamlığı qaydasında deyil. Orteqa ortaya aprelin 16-da – 34 günlük istirahətdən sonra çıxmışdı. Prezident heç yaxşı görünmürdü. O, hamını koronavirus siyasətinin uğurlu olmasına inandırmağa çalışırdı: “Polisə izolyasiyanı həyata keçirməyi tapşırsaq, istehsalat dayanacaq, ölkə, sadəcə, yoxa çıxacaq”.

Xarici mətbuat Nikaraquada koronavirusun tüğyan etdiyini yazsa da, ölkə rəhbərliyi rəqəmləri gizlətməkdə davam edir. Rəsmi məlumata görə, cəmi 13 nəfər virusa yoluxub, 3 pasiyent həyatını itirib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »