Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert Azərbaycanda kreditlərin baha olmasının səbəbini açıqladı

Son günlər banklarda kredit faizlərinin yüksək, depozit və kredit faizləri arasındakı fərqin böyük olması ilə bağlı müzakirə və mübahisələr yenidən geniş vüsət alıb.

Kredit faizləri məsələsi incə məsələdir və hər bir ölkə vətəndaşını maraqlandıran, onların yaşayış tərzinə təsir edən məsələdir.

İqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, kreditlər üzrə faizləri formalaşdıran əsas faktorlar Mərkəzi Bankın uçot faiz dərəcəsidir.

Natiq Cəfərli Natiq Cəfərli

Ekspert qeyd edib ki, Azərbaycanda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində olduğu kimi, Mərkəzi Bankın uçot dərəcəsi kredit siyasətində rol oynamır: “Dünyanın hər yerində kreditlərin faizinin müəyyən olunmasında Mərkəzi Bankın uçot dərəcəsi əsas rol oynayır. Azərbaycan Mərkəzi Bankının uçot dərcəsinin 7 faizə endirməsi belə bankların kredit faizinə təsir göstərmədi. Avropada əhali ipoteka kreditini 2 faizlə aldığı halda, Azərbaycanda ən yaxşı faiz sosial ipoteka ilə bağlı kreditdir-4 faizdir.

Azərbaycanda istehlak krediti 30 faiz, avtomobil krediti 20 faizdir. Dünyanın heç bir yerində belə yüksək səviyyədə kredit faizi yoxdur. Banklar depozit götürüb kredit verməklə işini bitmiş hesab edir”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda xarici bankların daxil olmasına şərait yaradılmalıdır ki, banklar arasında rəqabət mühiti artsın və istehlakçını qazanmaq üçün faizləri aşağı salsın.

Ramid İbrahimov

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »