Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən Sinqapur alimlərinin koronavirusla bağlı hesabatına münasibət

“Rusiyada koronavirus epidemiyasının hansı tarixdə sona çatacağını demək mümkün deyil”.

Bu barədə Kremlin rəsmi numayəndəsi Dmitri Peskov “İnterfaks” agentliyinə açıqlamasında bildirib. O, həmçinin Rusiyada pandemiyanın sonunu avqustun əvvəlinə proqnozlaşdıran Sinqapur Universitetinin tədqiqatçılarının araşdırmasını şərh edib:

“Əgər Sinqapurdan olan elm adamlarının fərqli bir yanaşması varsa və bunu dərc ediblərsə, Sinqapurla əlaqə saxlamağı məsləhət görürük”.

Qeyd edək ki, Sinqapur Texnologiya və Dizayn Universitetinin tədqiqatçıları COVID-19 xəstəliyi ilə bağlı mövcud məlumatları təhlil edərək müxtəlif ölkələrdə koronavirus pandemiyasının nə vaxt sona çatacağına dair qrafik tərtib etmişdilər. (Qafqazinfo.az)

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »