Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo: “Çin koronavirusla bağlı məlumatları gizlətməyə davam edir”

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin Çindəki laboratoriyalarla bağlı narahatlıq keçirdiyini bildirib.

ABŞ Dövlət katibi "Fox" kanalına müsahibəsində deyib ki, dünya yeni növ koronavirus (COVID-19) infeksiyasının necə meydana çıxması ilə bağlı daha dərin informasiyaya ehtiyac duyur.

“Sizə deyə bilərəm ki, Çindəki laboratoriyalarla bağlı real narahatlıqlarımız mövcuddur. Mən hələ də Çin Kommunist Partiyasının laboratoriyalarda baş verənləri bizə izah etməməsindən narahatam”, - deyə M. Pompeo vurğulayıb.

Dövlət katibi Çin hökumətinin virusla bağlı məlumatları gizlətməyə davam etdiyini və ABŞ mütəxəssislərinin ölkəyə girişinə icazə verməyəcəyini qeyd edib: “Mütəxəssislərimizin hadisə yerinə getməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, onlar hələ də hər şeyi gizlətməyə davam edirlər. Bu, yanlışdır və dünyaya təhlükə yaratmağa davam edir. Bizim hamımız burada baş verənləri dərindən bilməliyik”. (Apa.az)

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »