Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada vəziyyət gərginləşir, 10 min yerlik müvəqqəti hospitallar quraşdırılır

Moskva hakimiyyəti koronavirusa yoluxanların sayının sürətlə artmaqda olduğunu nəzərə alaraq 10 min çarpayılıq müvəqqti hospitalların quraşdırılmasına hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin “Kommersant”a müsahibəsində deyib.

Rusiyada hər gün 6 mindən çox koronavirusa yoluxma qeydə alınır, ümumi yoluxma hallarının sayına görə Rusiya artıq Çini və İranı keçib. Ölkədə virusa yoluxanların sayı 100 minə yaxınlaşır.

Koronovirus zamanı Hekim

Şəhər rəhbəri deyib ki, müvəqqəti hospitalların istifadəsi koronavirus epidemiyasınn inkişaf dinamikasından asılı olacaq. Moskva meriyasındakı mənbənin bildirdiyinə görə, müvəqqəti hospitallar “Krılatskoe” buz sarayında, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki 75 nömrəli pavilyonda və “Moskva” avtomərkəzində quraşdırılacaq.

Analoji tədbirlər Moskva ətrafında da görülür. Vilayət qubernatoru Andrey Vorobyev bildirib ki, müvəqqəti hospitallar Moskva dairəvi avtomobil yolunun kənarındakı “Crocus Expo” sərgi mərkəzinin ərazisində və Rusiya Müdafiə Nazirliyinin “Patriot” parkında quraşdırılacaq.

Bundan əvvəl prezident Vladimir Putin koronavirus pandemiyasının inkişafı ilə bağlı istənilən ssenariyə hazır olmaq tapşırığı verib. O bildirib ki, infeksiya ilə mübarizə təcrübəsindən çıxış edərək qəbul edilmiş qərarlar “artıq sabah” kifayət etməyə bilər, amma virusun yayılmasını tormozlamaq hər halda mümkün olub.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »