Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı xaricə kilosu 6 min manata ilbiz kürüsü satır

Şamaxı sakini kiloqramı 6 min manata satılan ilbiz kürüsü istehsal edir.

Bizimyol.info xəbər verir ki, azərbaycanlıların ziyanverici hesab etdiyi ilbiz Avropada ekzotik və bahalı yemək hesab olunur. Bunuyaxşı bilən Şamaxı sakini Akif Əmralı həyətyanı sahəsində ilbiz yetişdirməklə məşğuldur. O ilbiz kürüsünü kilosu 6 min manata xarici bazarlara çıxara bilib.

Əslində diş həkimi olan Akif Əmralı artıq 20 ildir bu işlə məşğuldur. İlk məhsulunu yerli bazara 1997-ci ildə, xarici bazara isə 2017-ci ildə çıxarıb. Onun sözlərinə görə, dünyada ilbiz ətinə olan tələbat yalnız 30 faiz ödənilib, yəni 70 faizliq bir açıq var.

Akif Əmralı Akif Əmralı

“Bu məhsul ilin hər fəslində tapılmır, olmur, ona görə Avropada bir kiloqramı 3 min avroya satılır. 32 min ilbiz növü var, onlardan ölkəmizdə geniş yayılmış tənək ilbizi daha faydalıdır. Bir ilbiz 30-40, ən uzağı 60 kürü verir. Bir ilə 60-70 min ilbiz yetişdrmək olar. Ilbiz 4-5 yaşa çatanda yeməli olur və 4-5 yaşa çatanda kürü verir”,- deyə fermer bildirib.

İlbiz kürüsündən həm də tibbi vasitə kimi istifadə olunur. O kosmetik cavanlaşdırıcı vasitə, eyni zamanda dərinin yaralanmaları zamanı bərpaedici xüsusiyyətlərə malikdir. Qidalanması ilsə ot və meyvə tərəvəzdir. Yəni böyük məsrəf tələb olunmur. Akif Əmralı Azərbaycanda ilbiz zavodunun açılmasının ölkə üçün faydalı olacağını düşünür.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »