Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə cəzalandırılanlardan 22 nəfəri iaşə obyektlərinin sahibləridir

Gəncədə xüsui karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirir.

Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı ümumilikdə 1015 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 1004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir. Keçirilən tədbirlər zamanı sakinlərə tibbi maska və əlcəklərdən istifadə etmələri tövsiyə olunub, olmayanlara polis əməkdaşları tərəfindən təqdim edilib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »