Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində ağacları qurutmağın yeni üsulunu tapıblar - Fotolar

Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində (Dövlət Dəniz Adminstrasiyası inzibati binasının yaxınlığında) ağacların diblərinə beton tökən şəxslər peyda olub.

Bizimyol.info xəbər verir ki, naməlum şəxslər Xanlar küçəsi boyunca bir neçə ağacın dibinə beton töküblər.

Bakının mərkəzində ağacları qurutmağın yeni üsulunu tapıblar

Bu da ağacları su əldə etməkdən məhrum edir və birmənalı şəkildə ağacların qurumalarına səbəb olur.

Bakının mərkəzində ağacları qurutmağın yeni üsulunu tapıblar

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bizimyol.info-ya açıqlama verib ki, nazirlik bu hadisədən məlumatlıdır: “Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda sözügedən ərazidədirlər və araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın yekunu ilə bağlı açıqlama veriləcək”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »