Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüstəm İbrahimbəyov: “Nicat Quliyev və Pərviz Həşimliyə bəraət verilməlidir”

“Nicat Quliyev 2013-cü ildə Eldar Mahmudov tərəfindən həbs olunanda mən çox narahat oldum. Çünki, bu həbs saxta idi. Heç bir cinayəti olmadığı halda onu tutdular”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Azərbaycanın görkəmli ziyalılarından biri Rüstəm İbrahimbəyov sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin prezident seçkiləri dövründə onunla “əlaqəsinə” görə həbs olunmasına münasibətində söyləyib.

Nicat Quliyev Nicat Quliyev

Saytımıza açıqlamasında Rüstəm İbrahimbəyov bildirib ki, Nicat Quliyevlə şəxsi münasibətləri olub: “Bu münasibətlər hər hansı siyasi maraqlara söykənməyib. Onunla şəxsi dostluğumuz var. Danışıqlarımız da sırf şəxsi məsələlər barəsində olub. O, çox savadlı insandır. O dövrdə Eldar Mahmudov onu həbsə atmışdı. O, Azərbaycanın tarixi şəxsiyyətlərinin ailə üzvüdür. Bu, biabırçılıq idi. Sonradan məlum oldu ki, Eldar Mahmudov eyni silahlarla tanınmış jurnalist Pərviz Həşimlini də şərləyib.

Pərviz Həşimli

Hər iki prosesi izləyirdim, acıyırdım. O zaman mərhum vəkil Elton Quliyevə o silahların mənşəyinin müəyyən olunmasına köməklik etdim. Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını eşitdim. Hesab edirəm ki, eyni bəraət hökmü Nicat Quliyev və Pərviz Həşimli barəsində verilməlidir. Mən hər iki işdən xəbərdaram. Çox gülünc, dövlət adına utanc gətirən hadisələr idi”.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Putin silahlarla bağlı göstəriş verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »