Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sərhəddə tətbiq olunan məhdudiyyət 31 maya qədər uzadılıb

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

Bizimyol.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın veriyi məlumatda bildirilib.

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılmışdır.

Son xəbərlər
Bütün xəbərlər »