Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dərs vaxtı” verilişinin 1000-ci buraxılışı efirə gedib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 1000-ci buraxılışı efirə gedib.

APA-nın xəbərinə görə, veriliş martın 11-dən yayımlanır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılıb. Martın 11-dən etibarən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında Azərbaycan bölməsi üçün “Dərs vaxtı” proqramına start verilib. Martın 16-dan etibarən rus bölməsində təhsil alan şagirdlər üçün də teledərslərə başlanılıb. Martın 30-dan “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə də start verilib. “Dərs vaxtı”nda məktəbəqədər və məktəbdənkənar fəaliyyətlə bağlı dərslərə də yer verilir.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »