Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN Haftarın Liviyanı nəzarətə götürməsi haqda dediklərinə münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Liviya Milli Ordusunun rəhbəri, general Xəlifə Haftarın aprelin 27-də Liviyanı nəzarətə götürməsi haqda dediklərinə münasibət bildirib.

Türkiyə XİN-dən APA-nın yerli bürosuna verilən məlumata görə, Haftarın Liviyanı nəzarətə götürməsi haqda açıqlaması onun ölkədəki böhranın siyasi dialoq yolu ilə həll edilməsində maraqlı olmadığını, Berlin sammitinin nəticələri də daxil olmaqla, bu istiqamətdə beynəlxalq səyləri dəstəkləmədiyini və ölkədə hərbi diktatura qurmağı qarşısına məqsəd qoyduğunu bir daha nümayiş etdirib.

Qeyd olunub ki, X. Haftar bir ildən çoxdur Liviyada vəziyyətin daha da pisləşməsinə səbəb olub.

“Liviyada xunta rejimi qurmaq niyyətində olduğu artıq heç kimdə şübhə doğurmayan bu şəxsə beynəlxalq ictimaiyyət tərəfindən gecikmədən lazımi cavab verilməlidir. Türkiyə Liviya Milli Razılaşma Hökuməti və digər legitim qurumların qorunması üçün qardaş Liviya xalqının yanında olmağa və siyasi həll yollarını dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN-dən bildirilib.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »