Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada “Mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək

Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı “Mühacir alveri” qurbanlarının işinə yenidən baxılır.

“Report”un Avropa bürosunun məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn şəhər İdarə Məhkəməsində keçirilib. 2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 5 nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.

BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda “mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra yekun qərar olaraq azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılaması qeyri-müəyyən vaxta təxirə salınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabr ayında Almaniyanın 6 əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »