Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda atışma zamanı yaralanan iki nəfər xəstəxanada qətlə yetirilib

Ermənistanın Qavar şəhərində silahlı insident zamanı yaralanan iki nəfər qisas məqsədilə xəstəxanada öldürülüb.

APA-nın məlumatına görə, bu barədə “Sputnik Armenia” xəbər verib.

Bundan əvvəl verilən məlumatda bildirilib ki, atışmada 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ehtimal olunur ki, yaralılardan ikisi hadisə yerindən qaçan zaman yol qəzası nəticəsində xəsarət alıb.

İlkin məlumatlara görə, zərərçəkmişlərdən birinin qohumları təhlükəsizliyin aparıldığı xəstəxanaya hücum edib. Onlar dəyənək və bıçaqla silahlanaraq tibb müəssisəsindəki mebelləri məhv edib, polisə müqavimət göstərib və iki yaralı qardaşın yatdığı palataya soxulublar. Daha sonra həmin şəxslər yaralıların boğazını kəsərək hadisə yerindən yoxa çıxıblar.

Faktla bağlı “iki və ya daha çox şəxsin öldürülməsi”, “qanunsuz silah və sursat əldə etmə və saxlama” maddələri ilə cinayət işi başlanıb.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »