Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində hamı küçəyə çıxa biləcək - Video

Avstriya Avropa ölkələri arasında karantin rejimindən imtina məsələsində ən öndə gedənlərdən olub. Burada aprelin 14-dən yumşalma siyasətinə başlayıblar.

Bizimyol.info xəbər verir ki, Avstriyada karantin rejimindən tam imtina istiqamətində növbəti addım atılır. Mayın 1-dən qaydalar bir az da yumşaldılır. Gələn ayın ilk günündən Avstriyada hamı küçəyə çıxa biləcək, Bir şərtlə ki, ictimai yerlərdə 10 nəfərdən çox insan toplaşmasın.

Mağazaların əksərinə işləməyə onsuz da icazə verilmişdi. Mayın 1-dən ticarət mərkəzləri, bərbərxanalar işə başlayacaq. Avstriyanın səhiyyə naziri Rudolf Aşnober açıqlamalarında ifadələri ehtiyatla seçməklə fərqlənib. Onun sözlərinə görə, yumşalma siyasəti yaxşıdır, amma bir şərtlə ki, neqativ istiqamət almasın. Nazir bir növ yoluxma sayının artma ehtimalına eyham vurub.

Avstriyada virus daşıyıcılarının sayı 15 mini keçib. Ümumilikdə 569 nəfər həyatını itirib. Təkcə son sutka ərzində 20 nəfər ölüb. Avstriyanın səhiyyə naziri məhz bu rəqəmlərə görə inamlı danışmayıb.

Almaniyada da yumşalma siyasəti aparılır. İstehsalat sahələri yavaş-yavaş işə start verib. Məktəblər şagirdləri qəbul etməyə başlayıb. Sadəcə, ictimai yerlərdə, nəqliyyatda maska taxmaq vacibdir.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »