Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft bolluğu: ABŞ məhsulu saxlamağa yer tapa bilmir

Dünya bazarında neft qiymətlərini kəskin azaldan amillərdən biri də məhsulun çoxluğudur. Təklif tələbi üstələyir. Neft istehsalçılarının ehtiyat anbarları tükənir.

Bizimyol.info xəbər verir ki, ABŞ məhsulu saxlamağa yer tapa bilmir. “Bloomberg”in məlumatına görə, Amerika neft şirkətləri ölkənin strateji ehtiyat yerlərinə müraciət etməli olub. Ən azı may-iyun aylarında vəziyyətdən çıxmaq üçün başqa yol qalmır.

Neft, dollar

İcarəyə verilən ABŞ-ın ehtiyat anbarları yalnız 23 milyon barelə “qucaq açmaq” iqtidarındadır. Bu gün 1,1 milyon barelin anbarlara yönləndirildiyi bildirilir. Proses həyata keçirilsə də, Amerika şirkətləri xammalı gələn ilin martına qədər buradan götürməlidir. Məhsulun müəyyən hissəsi icarə haqqı kimi saxlanılacaq.

Əslində, ehtiyat anbarlarda xeyli çox – 713,5 milyon barelə yer var. Amma ABŞ hökuməti bütün yerləri icarəyə vermək istəmir.

Ehtiyat anbarlar 1973-cü ildə enerji böhranı zamanı fövqəladə vəziyyət üçün yaradılmışdı.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »