Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burak Yılmaz çinlilərdən üzr istədi

Çinin yemək mədəniyyətini tənqid edən “Beşiktaş”ın futbolçusu Burak Yılmaz bu ölkənin insanlarından üzr istəyib.

Türkiyə millisinin üzvü Çin mətbuatında haqqında tirajlanan çoxsaylı yazılardan sonra sosial şəbəkə hesabında üzrxahlıq edib:

“İki ilə yaxın oynadığım Çində çox yaxşı qarşılandım. Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu demişəm. Bu səbəbdən, digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm".

Qeyd edək ki, 2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edən Burak bir neçə gün əvvəl İnstaqram səhifəsində Çin mətbəxi haqda "Orada xüsusi restoranlar var. Elə yeməklər verirlər ki, it əti ondan yaxşıdır. Çinlilər də belə xalqdır. Bu, onların mədəniyyətidir" yazmışdı. (Qafqazinfo.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »