Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin Saakaşviliyə təklifi fiaskoya uğradı

Ukrayna hökuməti Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin islahatlar üzrə birinci müavini vəzifəsinə namizədliyini Ali Radadan geri çağırıb.

Prezident Vladimir Zelenskinin administrasiyası Ukrayna parlamentində çoxluq təşkil edən “Xalqın xidmətçisi” fraksiyasında Saakaşvilinin təyinatı üçün lazımi sayda imza toplaya bilməyib.

Ümumilikdə 248 deputatdan təxminən 140-170 arası deputatın imza verdiyi bildirilib.

Ukrayna KİV yazır ki, bu səbəbdən Zelenski Saakaşviliyə açıq dəstək göstərməmək qərarına gəlib. Əvəzində Saakaşviliyə yenidən Odessa bölgəsinin qubernatoru vəzifəsinə namizədliyinin təklif olunacağı bildirilib.

Qeyd edək ki, bu yaxınlarda Saakaşvili Zelenski tərəfindən ona təklif olunan Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini qəbul etdiyini açıqlamışdı.

Gürcüstan isə öz növbəsində eks-Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi. (Qafqazinfo.az)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Son xəbərlər
Bütün xəbərlər »